HAVA PROQNOZU (18.05.2012)

Yunanıstan
Özəlləşdirmə proqramı dayandırıldı
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Yunanıstanda özəlləşdirmə proqramı dayandırılıb. Bəyanatı Özəlləşdirmə üzrə Dövlət Agentliyi (HRADF) verib. Seçkilərin iyunun 17-də keçirilməsi nəzərdə tutulub.
İnformasiyanı BBC yayıb.

{nl}

ABŞ
Mütaliə sevən şəhər
ABŞ-da mütaliəni ən çox Virciniya ştatındakı kiçik Aleksandriya şəhərinin sakinləri sevirlər. Bu, "Amazon" kompaniyasının apardığı tədqiqatdan bəlli olub. Aleksandriya bu cəhətdən öz universitetləri ilə məşhur olan Kembric və Berklini də arxada qoyub.
Xəbəri Assoşieyted Press agentliyi verib.

{nl}

Fransa
Ən qədim qayaüstü rəsm
Arxeoloqlar ölkənin cənub-qərbindəki Vezer vadisində Avropada ən qədim qayaüstü rəsmlərdən birini aşkar ediblər. Həmin rəsmlərin 37 min il yaşı olduğu bildirilib. Bu rəsmlər Fransa ərazisində mövcud olmuş orinyak mədəniyyətinə aiddir.
Məlumatı "Alman dalğası" yayıb.

{nl}

Kann kino festivalı keçirilir
65-ci beynəlxalq Kann kino festivalı başlayıb. Kino forumu ABŞ rejissoru Ues Andersonun "Tam ay krallığı" filminin nümayişi ilə açılıb. Builki müsabiqə proqramına 22 film daxil edilib. Festival mayın 27-də başa çatacaq və həmin gün əsas mükafat "Qızıl palma budağı"nın sahibi bəlli olacaq.
İnformasiyanı Röyter agentliyi verib.

{nl}

İsveçrə
"Bo Sansi" 9,7 milyon dollara satıldı
Cenevrədə keçirilmiş hərracda dünyada ən məşhur brilyantlardan biri "Bo Sansi" 9,7 milyon dollara satılb. Alıcının adı açıqlanmayıb. Qeyd edək ki, bu brilyant son 400 il ərzində Avropanın müxtəlif kral ailələrinə məxsus olub.
Xəbəri BBC yayıb.

{nl}

Meksika
Karlos Fuentes vəfat edib
Məşhur Meksika yazıçısı Karlos Fuentes 84 yaşında vəfat edib. O, "Artemio Krusun ölümü" və "Qoca Qrinqo" romanları sayəsində dünya şöhrəti qazanmışdı. Fuentes ispandilli ədəbiyyatın ən nüfuzlu, Servantes mükafatının laureatıdır.
Məlumatı CNN verib.

{nl}

Hazırladı: Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında