Aprel ayında hava necə olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığımız məlumata görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir.
Yağıntılar respublika ərazisində qeyri-bərabər paylanacaq.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi aran rayonlarında isə normadan az olacağı ehtimal olunur.
Sinoptiklərin verdikləri proqnoza əsasən aprel ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 12-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr 6-11 dərəcə isti, ayın ikinci yarısınıda isə 12-14 dərəcə isti təşkil edəcək. Gündüzlər 13-18 dərəcə isti olacağı, ayrı-ayrı günlərdə 20-25 dərəcəyədək yüksələcəyi gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-33 mm) olacağı ehtimal olunur.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında