İyun ayında hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığımız məlumata görə, yay fəslinin ilk ayı iyunda havanın orta aylıq temperaturunun bəzi günlərdə olan kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir.
Ay ərzində yağıntılar respublika üzrə qeyri- bərabər paylanacaq. Aylıq yağıntının miqdarının bəzi Aran və Böyük Qafqazın rayonlarında iqlim normasından bir qədər çox, digər rayonlarda isə iqlim normasına yaxın olacağı ehtimalı var.
Sinoptiklərin verdikləri proqnoza əsasən, iyun ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 21- 23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 15- 20 dərəcə isti təşkil edəcək. Gündüzlər 25-28 dərəcə isti olacağı , bəzi günlərdə isə 32-35 dərəcəyədək yüksələcəyi ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın ( norma 4 - 12 mm ) olacağı gözlənilir.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında