HAVA PROQNOZU (08.03.2012)

Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, sulu qara keçəcəyi, axşama doğru isə tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Gecə 0-2, gündüz 3- 5 dərəcə isti, Bakıda gecə 0-2, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 70-80 faiz olacaq.

{nl}


Naxçıvan Muxtar Respublikasında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

{nl}


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində arabir qar yağacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

{nl}


Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Gecə 0-4 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

{nl}


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-4 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta olacaq.

{nl}


Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər duman, çiskin olacağı, gündüz isə yağış yağacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

{nl}


Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgələrində gündüz yağıntılı olacağı gözlənilir. Gündüz arabir güclənən şimal-şərq küləyi əsəcək. Gecə 0-3, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında