HAVA PROQNOZU (23.02.2012)

Bakıda və Abşeron yarımadasında axşam yarımadanın bəzi yerlərində az yağıntılı olacağı gözlənilir. Arabir güclənən cənub küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 0-2, gündüz 4-8 dərəcə isti, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz olacaq.

{nl}


Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Gecə 8-13 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

{nl}


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli olacağı gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək. Gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

{nl}


Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək, arabir güclənəcək. Gecə 0-4 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

{nl}


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Arabir duman olacaq. Cənub küləyi əsəcək, arabir güclənəcək. Gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta olacaq.

{nl}


Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

{nl}


Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgələrində əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Dağlarda duman olacaq. Cənub küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Gecə 0-3, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında