HAVA PROQNOZU (11.02.2012)

Bakıda və Abşeron yarımadasında gecə və səhər güclü küləkli, şaxtalı, çovğunlu hava şəraitinin davam edəcəyi, fasilələrlə az qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək. Gecə 3-7, gündüz 0- 3 dərəcə şaxta, Bakıda gecə 5-7, gündüz 0-2 dərəcə şaxta olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaq. Yollar buz bağlayacaq.

{nl}


Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 7-12, gündüz 0-4 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

{nl}


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 15-20, gündüz 5-10 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

{nl}


Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində arabir qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 3-7, gündüz 0- 3 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

{nl}


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 7-12, gündüz 1-6 dərəcə şaxta, dağlarda gecə 15-20, gündüz 7-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

{nl}


Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında fasilələrlə qar yağacağı gözlənilir. Şimal- qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 4-8, gündüz 0-3 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

{nl}


Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgələrində arabir qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 3-6, gündüz 0-2 dərəcə şaxta, dağlarda gecə 12-17, gündüz 2-7 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında