HAVA PROQNOZU (09.02.2012)

Bakıda və Abşeron yarımadasında gündüz yağıntıda fasilə olacağı, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir. Gecə 8-12, gündüz 2-5 dərəcə şaxta, Bakıda gecə 10-12, gündüz 3-5 dərəcə şaxta olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz olacaq. Yollar buz bağlayacaq.

{nl}


Naxçıvan Muxtar Respublikasında qar yağacaq. Gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Gecə 11-16, bəzi yerlərdə 20, gündüz 0-5 dərəcə şaxta olacaq.

{nl}


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində gündüz yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Gecə 19-24, gündüz 7-12 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

{nl}


Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində gündüz yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Gecə 5-10, gündüz 0- 4 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

{nl}


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində arabir qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Gecə 7-12, gündüz 2-7 dərəcə şaxta, dağlarda gecə 19-24, gündüz 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 25-30 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

{nl}


Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gündüz yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir. Şimal- qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Gecə 6-11, gündüz 0-5 dərəcə şaxta olacaq.

{nl}


Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgələrində qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Gecə 4-9, gündüz 0-4 dərəcə şaxta, dağlarda gecə 12-17, gündüz 5-7 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında