HAVA PROQNOZU (07.02.2012)

Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Gecə və gündüz 0-3 dərəcə şaxta, axşama doğru 5 dərəcə şaxta, Bakıda gecə və gündüz 0-3 dərəcə şaxta, axşama doğru 5 dərəcə şaxta olacağı gözlənilir. Atmosfer təzyiqi normadan xeyli yüksək 773 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz olacaq. Yollar buz bağlayacaq.

{nl}


Naxçıvan Muxtar Respublikasında qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 13-18 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

{nl}


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 10-15, gündüz 5-10 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

{nl}


Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 5-10 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.

{nl}


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 7-12, gündüz 0-5 dərəcə şaxta, dağlarda gecə 16-21, gündüz 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

{nl}


Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 0-4 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

{nl}


Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgələrində qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağıntıların intensivləşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 1-6 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında