HAVA PROQNOZU (04.02.2012)

Bakıda və Abşeron yarımadasında gecə bəzi yerlərdə az qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Gecə 5-8 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın, Bakıda gecə 5-7 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 780 mm civə sütunu, nisbi rütubət 85-95 faiz olacaq. Yollar buz bağlayacaq.

{nl}


Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yollar buz bağlayacaq.

{nl}


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində gün ərzində əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-18, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

{nl}


Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yollar buz bağlayacaq.

{nl}


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində gün ərzində əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-10, gündüz 0-5 dərəcə şaxta, dağlarda gecə 13-18, gündüz 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

{nl}


Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gün ərzində əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 1-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

{nl}


Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgələrində gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 10-15, gündüz 2-7 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında