HAVA PROQNOZU (29.01.2012)

Bakıda və Abşeron yarımadasında az qar yağacağı, günün ikinci yarısında yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Gecə 3-5, gündüz 0-2 dərəcə şaxta, Bakıda gecə 3-5, gündüz 0-2 dərəcə şaxta olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaq. Yollar buz bağlayacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz yağıntılarda qısa müddətə fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 5-10, gündüz 0-4 dərəcə şaxta olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz yağıntılarda qısa müddətə fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 10-15, gündüz 3-8 dərəcə şaxta olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində qar yağacağı, bəzi yerlərdə intensivl olacağı, gündüz yağıntılarda qısa müddətə fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz yağıntılarda qısa müddətə fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 6-11, gündüz 1-6 dərəcə şaxta, dağlarda gecə 13-18, gündüz 6-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında qar yağacağı, gündüz yağıntılarda qısa müddətə fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.

{nl}

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgələrində qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz yağıntılarda qısa müddətə fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə və gündüz 0-4 dərəcə şaxta, dağlarda gecə 7-11, gündüz 4-7 dərəcə şaxta olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında