HAVA PROQNOZU (03.12.2011)

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən yağmursuz keçəcək. Lakin axşama doğru yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 0-3, gündüz 5-9, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 65-70 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Gecə 4-9 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində gecə və axşam bəzi yerlərdə qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək,arabir güclənəcək. Gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 0-4 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 12-17 dərəcə şaxta olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgələrində səhər və gündüz bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 1-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0- 5 dərəcə isti olacaq.

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında