HAVA PROQNOZU (01.12.2011)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, səhər havanın tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Gecə 0-4 , gündüz 4-7 dərəcə isti, axşama doğru 0 dərəcəyə yaxınlaşacaq, Bakıda gecə 2-4 , gündüz 5-7 dərəcə isti olacaq, axşama doğru 0 dərəcəyə yaxınlaşacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında gün ərzində yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 4-9 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində gün ərzində bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 0-3 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-3 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 17-22 dərəcə şaxta olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gün ərzində bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgələrində yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq rayonlarda isə qar yağacağı gözlənilir. Arabir güclənən şimal-şərq küləyi əsəcək. Gecə 0-4, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0- 3 dərəcə isti olacaq.

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında