HAVA PROQNOZU (26.11.2011)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Axşama doğru buludluluğun tədricən artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntılı olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 0-4 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcəyədək şaxta olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 13-18, gündüz 0-5 dərəcə şaxta olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək. Gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 13-18, gündüz 1-6 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgələrində gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 0-3 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında