HAVA PROQNOZU (05.11.2011)

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Gecə 6-10, gündüz 12-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununadək yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində arabir yağıntılı olacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış yağacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində arabir yağıntılı olacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, yüksək dağlıq ərazilərdə minimal temperatur 5-10 dərəcə şaxta olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Axşama doğru isə yağış yağacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgələrində gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Gecə 6-10, gündüz 13- 17, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında