HAVA PROQNOZU (28.10.2011)

Bakıda və Abşeron yarımadasında buludlu olacağı, əsasən səhər və axşam saatlarında yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək. Gecə 8-10, gündüz 11-13, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət 85-95 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında əsasən gecə və səhər bəzi yerlərdə yağış, dağlıq rayonlarda az qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən gecə və axşam bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində əsasən gecə və axşam bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə 1-6 , gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə minimal temperatur 9-14 dərəcə şaxta olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgələrində fasilələrlə yağış, dağlıq rayonlarda az qar yağacağı bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 4-8, gündüz 8- 13, dağlarda gecə 0-4, gündüz 5-8 dərəcə isti olacaq.

{nl}

Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, tutqun və rütubətli hava şəraitinin davam etməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında