HAVA PROQNOZU (01.10.2011)

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Gecə 12-15, gündüz 15-19, Bakıda gecə 13-15, gündüz 16-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 6-11, gündüz 19-24 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgələrində yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 10-15, gündüz 18- 23, dağlarda gecə 5-10, gündüz 13-17 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında