HAVA PROQNOZU (10.09.2011)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq.Əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək,gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 16-21, günün birinci yarısında 28-33, günün ikinci yarısında 24-27, Bakıda gecə 19-21, günün birinci yarısında 29-31, günün ikinci yarısında 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcəyə çatacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək.Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.Qərb küləyi əsəcək,şimşək çaxanda arabir güclənəcək.Gecə 12-17, gündüz 30-35 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, gündüz arabir güclü olacaq. Gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək,gündüz arabir güclü olacaq. Gecə 12- 17, gündüz 26-31 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək,gündüz arabir güclənəcək. Gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək,gündüz bəzi yerlərdə güclü olacaq.Gecə 15-20, gündüz 30-35 dərəcə isti olacaq.

{nl}

Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgələrində əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək, gündüz arabir güclü olacaq. Gecə 14-19, gündüz 26- 31, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında