HAVA PROQNOZU (03.09.2011)

Bakıda və Abşeron yarımadasında günəşli olacaq. Şimal-qərb küləyi əsəcək,gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 17-22, gündüz 31-36, Bakıda gecə 19-21, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcəyə çatacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək.Qərb küləyi əsəcək.Gecə 15-20, gündüz 32-37 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən yağmursuz keçəcək.Qərb küləyi əsəcək. Gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Gecə 16- 21, gündüz 30-34 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək.Gecə 14-19, gündüz 27-32 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Gecə 16-21, gündüz 31-36 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgələrində yağmursuz keçəcək. Şimal- şərq küləyi əsəcək. Gecə 17-20, gündüz 29- 34, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında