HAVA PROQNOZU (20.08.2011)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı,gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 21-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcəyə çatacaq. {nl}

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimal olunur. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində gün ərzində əsasən yağmursuz keçəcəyi,lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimal olunur. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq rayonlarda dolu düşəcəyi ehtimal olunur. Mülayim qərb küləyi əsəcək,ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 19- 24, gündüz 28-33 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək,arabir güclənəcək. Gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 21-25, gündüz 31-36 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgələrində gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.Gündüz əsasən yağmursuz keçəcək.Mülayim şimal-şərq küləyi əsəcək,arabir güclənəcək. Gecə 20-23, gündüz 29- 34, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında