HAVA PROQNOZU (07 Avqust 2011)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Gecə 20-25, gündüz 27-32, Bakıda gecə 23-25, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 70-80 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcəyə çatacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı,arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək,arabir güclənəcək. Gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən gecə və axşam şimşək çaxacağı,arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək,arabir güclənəcək. Gecə 20- 24, gündüz 28-33 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək,arabir güclənəcək. Gecə 17-22, gündüz 24-29 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgələrində şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 20-24, gündüz 27- 32, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında