HAVA PROQNOZU (04 Avqust 2011)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq.Əsasən yağmursuz keçəcək.Güclü şimal-qərb küləyi əsəcək. Gecə 22-26, gündüz 28-33, bəzi yerlərdə 35, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək, nisbi rütubət səhər və axşam 60-70, gündüz 40-50 faiz olacaq.Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28 dərəcəyə çatacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək.Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı,qısamüddətli yağış yağacağı gözlənilir.Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 22-27, gündüz 34-39 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən yağmursuz keçəcək.Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı,qısamüddətli yağış yağacağı gözlənilir.Dolu düşəcəyi ehtimalı var.Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.Gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək.Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 21- 26, gündüz 33-37 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində əsasən yağmursuz keçəcək.Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Dolu düşəcəyi ehtimalı var.Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.Gecə 20-25, gündüz 30-34 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək.Mülayim qərb küləyi əsəcək,ayrı-ayrı yerlərdə arabir güclənəcək.Gecə 22-27, gündüz 34-39 dərəcə isti olacaq.

{nl}

Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgələrində əsasən yağmursuz keçəcək.Mülayim şimal- şərq küləyi əsəcək,arabir güclənəcək.Gecə 21-25, gündüz 33- 36, dağlarda gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında