HAVA PROQNOZU (İyunun 8-də)

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 24-29 dərəcə isti təşkil edəcəkdir. Bakıda gecə 18-20 dərəcə isti, gündüz 26-28 dərəcə isti olacaqdır. Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu təşkil edəcəkdir. Nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz olacaqdır. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə isti olacaqdır.

{nl}

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 12-17 dərəcə isti, gündüz 24-29 dərəcə isti təşkil edəcəkdir.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 8-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti təşkil edəcəkdir.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 15-19 dərəcə isti, gündüz 24-29 dərəcə isti təşkil edəcəkdir.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 22-27 dərəcə isti təşkil edəcək, dağlarda gecə 6-11dərəcə isti, gündüz 16-21 dərəcə isti olacaqdır.

{nl}

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə local leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturu gecə 14-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacaqdır.

{nl}

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 14-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti təşkil edəcək, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında