HAVA PROQNOZU (Mayın 21-də)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı,arabir tutulacağı,gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 11-16, gündüz 19-24, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 9-14, gündüz 22-27 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 10- 15, gündüz 20-25 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 9-14, gündüz 18-23, dağlarda gecə 5-9, gündüz 15-18 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

{nl}

Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgələrində gün ərzində əsasən yağmursuz keçəcək.Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim şimal- şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 12-17, gündüz 21- 26, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında