HAVA PROQNOZU (Aprelin 20-də)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq.Mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-10, günün birinci yarısında 16-21, axşama doğru 13, Bakıda gecə 7-9, günün birinci yarısında 18-20, axşama doğru 13 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 55-65 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək.Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.Mülayim qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 6-11, gündüz 18-23 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən yağmursuz keçəcək.Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək,gündüz arabir güclü olacaq. Gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək.Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 6- 10, gündüz 14-19 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, gündüz arabir güclü olacaq. Gecə 4-9, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək.Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.Mülayim qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Gecə 5-10, gündüz 19-24 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgələrində əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq.Mülayim qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq, arabir güclü olacaq. Gecə 5-9, gündüz 17- 21, dağlarda gecə 2-6, gündüz 12-17 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında