HAVA PROQNOZU (Aprel 2-də)

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.Fasilələrlə qısamüddətli yağış yağacağı gözlənilir. Güclu şimal küləyi əsəcək, axşam mülayimləşəcək. Gecə 3-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək, 771 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında fasilələrlə yağış yağacağı gözlənilir.Arabir güclənən şimal küləyi əsəcək. Gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində fasilələrlə yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Gecə 0-4, gündüz 5-9 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Arabir güclənən şimal- qərb küləyi əsəcək. Gecə 1- 5, gündüz 8-13 dərəcə isti olacaq.

{nl}

Balakən - Zaqatala - Qax - Şəki - Oğuz -Qəbələ, İsmayıllı - Şamaxı - Ağsu - Xızı, Siyəzən, Şabran, Quba - Qusar - Xaçmaz bölgələrində fasilələrlə yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.Arabir güclü şimal- qərb küləyi əsəcək. Gecə 0-4, gündüz 7-12, dağlarda gecə 0- 3 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclü şimal- qərb küləyi əsəcək. Gecə 3-6, gündüz 11-16 dərəcə isti olacaq.

{nl}

Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgələrində fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal- şərq küləyi əsəcək. Gecə 3-5, gündüz 10-14, dağlarda gecə 0-3, gündüz 7-10 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında