HAVA PROQNOZU (Martın 2-də)

Bakıda və Abşeron yarımadasında buludlu olacağı, səhər və axşam yarımadanın bəzi ərazilərində az çiskinli olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 1-3, gündüz 4-7, Bakıda gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 75-85 faiz olacaq.

{nl}


Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək.Lakin axşam və gecə bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

{nl}


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

{nl}


Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

{nl}


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 0-4 dərəcə şaxta olacaq.

{nl}


Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti olacaq.

{nl}


Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgələrində bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 1-3 , gündüz 5-7 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında