FİFA yeni qərarı təsdiqlədi – 4-cü əvəzetmə olacaq

FİFA-nın Kolumbiyada keçirilən iclasında futbol üzrə dünya çempionatı ilə bağlı bəzi dəyişikliklər təsdiqlənmişdir. Artıq azarkeşlər bu yay Rusiyada keçiriləcək dünya çempionatında bəzi yeniliklərin şahidi olacaqlar.

Yeni qərara əsasən çempionatda komandalar 4-cü əvəzetmə hüququndan istifadə edə biləcəklər. Lakin bu qayda yalnız pley-off oyunlarında və matça əlavə vaxt təyin edildiyi təqdirdə tətbiq ediləcək.

Digər dəyişiklik isə videotəkrar sistemi ilə bağlı olub. Artıq Rusiyada keçiriləcək 2018-ci il futbol üzrə dünya çempionatında hakimlər videotəkrar sistemindən (VAR) istifadə edə biləcəklər.

Xatırladaq ki, martın 3-də Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) bu sistemin daimi olaraq qaydalara daxil olunmasını dəstəkləmişdir.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-nə qədər, Rusiyanın 11 şəhərində keçiriləcək.

Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında