İdman xəbərləri. Qalib bu gün məlum olacaq

Bakı İdman Sarayında keçirilən futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin elə birinci turundan sonra Azərbaycan yığmasının və Avropa çempionu İspaniya komandasının ilk liderlər olacağı ehtimalı özünü tamamilə doğrultdu. Gözlənildiyi kimi, meydan sahibləri qazaxıstanlı rəqiblərini elə bir çətinlik çəkmədən məğlubiyyətə uğratdılar - 6:3, ispanlar da öz növbələrində Fransa millisinə dörd cavabsız qolla qalib gəldilər - 4:0.
İkinci turda liderlər ikinci qələbələrini qazandılar: Azərbaycan-Fransa - 4:2, İspaniya-Qazaxıstan - 5:0. Turnirin qalibi bu gün keçiriləcək Azərbaycan-İspaniya görüşündə müəyyənləşəcək.

{nl}

Azərbaycan şahmatçıları "Fəcr" turnirində
Dünən İranın Məşhəd şəhərində ənənəvi "Fəcr" şahmat turnirinə start verilmişdir. Sayca 19-cu dəfə təşkil edilən və 11 turdan ibarət bu beynəlxalq yarışın iştirakçıları arasında Azərbaycanın beş təmsilçisi də vardır. Bunlar Qədir Hüseynov (2591), Nicat Məmmədov (2580), Rəsul İbrahimov (2538), Fərid Abbasov (2537) və Loğman Quliyevdir (2464).
Turnirin saytında verilmiş iştirakçıların siyahısına reytinqə görə özbəkistanlı Rüstəm Qasımcanov (2681) başçılıq edir. Aleksandr Moiseyenko (Ukrayna, 2670), Boris Qraçov (Rusiya, 2660), Mixail Mçedlişvili (Gürcüstan, 2640), Sergey Tivyakov da (Hollandiya, 2623) yüksək yerlər uğrunda mübarizəddə ciddi rəqiblərdir.
Təşkilatçılar turnir üçün 40 min dollar məbləğində mükafat fondu təsis etmişlər. Qalib 10 min dollar qazanacaq.

{nl}

Yarımfinalda "Rabitə" və "Skavolini" görüşəcəklər?
Cümə axşamı "Rabitə" voleybolçuları doğma sahillərdən uzaqlarda, Polşada ilhamlı oyun sayəsində "Fakro"nu 3:0 hesabı ilə məğlubiyyətə uğratdıqdan sonra bu cütdən Çempionlar Liqasının "Dördlər finalı"na məhz bizim çempionun çıxacağına inamımız qat-qat artdı. Səfərdən çox vacib qələbə ilə qayıdan Bakı klubunun martın 3-də "Sərhədçi"də keçiriləcək cavab görüşündə bu üstünlüyü itirəcəyi o qədər də inandırıcı görünmür, hərçənd "Fakro"nun son anadək vəziyyəti öz xeyrinə dəyişmək üçün əlindən gələni edəcəyi də şübhə doğurmur.
Natalya Məmmədova və rəfiqələrinin səfərdəki müvəffəqiyyəti Bakıda təkrar edəcəkləri halda "Dördlər finalı"nın qapısı Azərbaycan klubunun üzünə taybatay açılacaq. Avropanın ən güclü dörd komandasının iştirakı ilə martın 19-20-də İstanbulda keçiriləcək həlledici mərhələnin yarımfinalında isə "Rabitə"nin rəqibi "Skavolini" ola bilər. İtalyanlar da ikinci pley-off mərhələsinin birinci raundunda İsveçrədə "Volero" üzərində qələbə qazanmışlar (3:1) və "Rabitə" kimi öz şəhərlərində cavab görüşü ərəfəsində İstanbula çox yaxınlaşmışlar.

{nl}


Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında