Rusiya və Ukrayna ABŞ-ın bir addımlığında

Pxençxanda (Koreya Respublikası) XII Qış Paralimpiya Oyunlarının 13 mart proqramından sonra ümumkomanda hesabında birincilik uğrunda  mübarizədə gərginlik son həddə çatmıışdır. Çərşənbə axşamı böyük uğurla çıxış edib yeddi medal qazanan Rusiya paralimpiyaçıları lider ABŞ millisinə çox  yaxınlaşmışlar. Elə Ukrayna  təmsilçiləri də onlardan geri qalmırlar.

Paralimpiadanın  növbəti startlarından sonra amerikalılar 17 medal – 6 qızıl, 6 gümüş və 5 bürünc mükafat qazanmışlar. Rusiyalılar 13 dəfə fəxri kürsüyə yüksəlmişlər – 5 qızıl, 5 gümüş, 3 bürünc medal. Ukrayna idmançıları isə 15 medala sahib olmuşlar – 5 qızıl, 4 gümüş, 6 bürünc mükafat.

Medal qazanmış ölkələrin siyahısında dörd – beşinci pillələrdə olan Slovakiya (5+1+1) və Fransa da (4+5+3) Paralimpiadanın finişinə mükafatçılar üçlüyündə çatmaq imkanını özlərində saxlayırlar.

 

O.BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında