“Doğma divarlar” kömək etmədi

Azərbaycanın Topaz Premyer Liqasının ötən istirahət günlərinə təsadüf etmiş 18-ci turunda dörd görüşdən üçündə hakimlər eyni hesab qeydə almışlar –2:1.

Əgər “Kəpəz” Gəncə Şəhər Stadionunda “Səbail”i məğlubiyyətə uğradıb uzun fasilədən sonra pərəstişkarlarını 3 xalla seviindirə bilmişdirsə, turnir cədvəlinin ikinci-üçüncü pillələrində irəliləyən “Qəbələ” və “Zirə”yə “doğma divarlar” kömək etməmişdir. Bu klublar müvafiq surətdə “Neftçi” və “Keşlə”yə uduzmuşlar.

Turun daha çox maraq doğuran görüşündə isə “Sumqayıt” və “Qarabağ” meydanı eyni hisslərlə tərk etmişlər–1:1.

Bu turdan sonra lider “Qarabağ” xal ehtiyatını 45-ə çatdırmış, onun ən yaxın izləyiciləri “Qəbələ” və “Zirə”nin isə müvafiq surətdə 35 və 32 xalları var.

Növbəti, 19-cu turun oyunları martın 9-10-da keçiriləcəkdir: “Kəpəz”–“Qəbələ”, “Keşlə”–“Neftçi”, “Səbail”–“Sumqayıt”, “Qarabağ”–“Zirə”.

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında