"Xəzər kuboku"nun azərbaycanlı qalibləri

İranın Rəşt şəhərində "Xəzər kuboku" beynəlxalq şahmat yarışlarına yekun vurulmuşdur. Doqquzuncu dəfə təşkil edilən bu turnirlər altı qrupda keçirilmişdir. Qalib və mükafatçılar sırasında Azərbaycan şahmat məktəbinin bir qrup yetirməsi də vardır.
"A" qrupunda ilk iki yeri 9 mümkün xaldan 7 xal toplayan Aleksey Fyodorov (Belarus) və Giqa Quparadze (Gürcüstan) tutmuşlar. Onlardan 1,5 xal geri qalan Vüqar Rəsulov 13-cü olmuşdur.
Qadınların çıxış etdikləri "D" qrupunda Nərmin Kazımova turniri bürünc mükafatla başa vurmuşdur - 7 xal. Ən yaxşı nəticəni isə Gürcüstan şahmatçıları Bela Kotenaşvili və Nino Batsiaşvili göstərmişlər. Qaliblər finişə 8,5 xalla çatmışlar.
"B" qrupunda Bəhruz Rzayev hamıdan yaxşı oynamışdır. Təmsilçimiz 8 xal toplayaraq ikinci-üçüncü mükafatlara sahib olan iranlı rəqiblərini bir xal geridə qoymuşdur.
"C" qrupunda turnir 11 turdan ibarət olmuş və Azərbaycan şahmatçısı Murad Nurinin qələbəsi ilə başa çatmışdır - 9,5 xal. Üçüncü mükafatı da həmyerlimiz Vüsal Əhmədov qazanmışdır - 9 xal.
"E" qrupunda Aslan Sadiqli (7,5 xal) və Vüqar Əsədli (7) gümüş və bürünc medalların sevincini yaşamışlar. "F" qrupunda isə Qulam Məmmədov ikinci nəticə göstərmişdir (7 xal). Bu qruplarda İran şahmatçıları qalib gəlmişlər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında