Bir gündə yeddi finalçı

Xəbər verdiyimiz kimi, bu günlər Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr edilmiş sərbəst güləş, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir keçirilir.

Azərbaycan idmançıları Ukrayna paytaxtına geniş heyətlə yola düşmüşlər. Yarışın birinci günü mübarizəyə qoşulan 18 təmsilçimizdən 7-si inamla çıxış edərək finala vəsiqə qazanmışdır.

“Sərbəstlər” Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq), Nurməhəmməd Hacıyev (97 kq), yunan-Roma güləşi ustaları Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq), Rafiq Hüseynov (82 kq) və qadın güləşçi İrina Netreba (65 kq) həlledici görüşlərdə qızıl medallar uğrunda mübarizə aparmaq hüququ qazanmışlar. Finallar bu gün axşam keçiriləcək.

Xatirə turnirinin bütün qalib və mükafatçıları sabah müəyyənləşəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında