Turnir Ehsan Kərimovun xatirəsinə həsr olunmuşdur

Göyçay Olimpiya Kompleksində Azərbaycan güləş məktəbinin ən məşhur yetirmələrindən biri, əməkdar məşqçi, əməkdar bədən tərbiyəsi və idman xadimi Ehsan Kərimovun xatirəsinə həsr edilmiş yunan-Roma güləşi üzrə respublika turniri keçirilmişdir. Yarışın mükafatları uğrunda xalça sahibləri ilə yanaşı Lənkəran, Kürdəmir, Daşkəsən, Qubadlı, Abşeron, Sumqayıt və digər rayonların nümayəndələri mübarizə aparmışlar.
Bu barədə redaksiyamıza məlumat verən Göyçay Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinovun bildirdiyi kimi, turnirin açılış mərasimində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Azərbaycan Güləş Federasiyasının regionlar üzrə vitse-prezidenti Cavanşir Qurbanov, mərhum məşqçinin oğlu Atiq müəllim, fəxri bədən tərbiyəsi və idman işçisi Şahəddin Məmmədov və başqaları çıxış edərək E.Kərimovun Azərbaycan idmanında böyük xidmətlərini dərin minnətdarlıq hissi ilə xatırlamışlar.
On çəki dərəcəsində keçirilən görüşlərdə göyçaylılar İmran Novruzov (42 kq), Cavidan Şəfiyev (46 kq), Kürdəmir güləşçisi Surxay Rəhimov (54 kq), Cəlilabad təmsilçisi Azad Abbasov (58 kq), sumqayıtlı Murad Paşayev (100 kq) və başqaları daha yaxşı hazırlıq nümayiş etdirərək xatirə turnirinin qalibi olmuşlar.

{nl}


Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında