İdman xəbərləri. "Qran-Pri"dən bir bürünc medalla

Azərbaycan cüdoçuları Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Qran-Pri" turnirində bir bürünc medalla kifayətlənmişlər. Komandamıza yeganə mükafatı Pekin Olimpiadasının çempionu Elnur Məmmədli (81 kq) qazandırmışdır.
Tatami ustamızın bu müvəffəqiyyəti 80 reytinq xalı ilə qiymətləndirilmişdir. Turnirdə beşinci yeri tutmuş Elxan Məmmədov (90 kq), Tərlan Kərimov (60 kq) və Kifayət Qasımova (57 kq) isə hərəyə 40 xal qazanmışlar.

{nl}


Boksçularımız fəxri kürsüdə
Bolqarıstanda başa çatmış beynəlxalq tunirdə ölkəmizin iki boksçusu fəxri kürsüdə təbrikləri qəbul etmişdir. Elvin İsayev (60 kq) və Tamerlan Abdullayevə (64 kq) bürünc medallar təqdim olunmuşdur.
Qeyd edək ki, azerisport.com-un bu yarış barədə yaydığı xəbərdə həmçinin bildirilir ki, Abdullayev müvəffəqiyyətə aparan yolda erməni rəqibi Volodya Ayrapetyana da qalib gəlmişdir. Sonuncu döyüşü davam etdirməkdən imtina etmişdir.

{nl}


Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında