Fətəliyeva və Balacayeva

Bakıda keçirilən qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının ilk dörd turunda ən yaxşı nəticəni Ülviyyə Fətəliyeva və Xanım Balacayeva göstərmişlər. Dördüncü turda Fətəliyeva ağ fiqurlarla Türkan Məmmədyarovaya qalib gəlmiş, Balacayeva isə qaralarla Səbinə İbrahimova üzərində qələbə qazanmışdır. Bu uğurlardan sonra liderlər xal ehtiyatlarını 3,5-ə çatdırmışlar.

Üç xalla üçüncü yeri tutan Günay Məmmədzadə hesabat turunda Nərmin Söyünlünü məğlubiyyətə uğratmışdır.

Bu gün keçiriləcək beşinci turla çempionatın birinci yarısına yekun vurulacaq. Bu turda Fətəliyeva 2,5 xala malik Zeynəb Məmmədyarova ilə görüşəcək, Balacayeva isə Günay Məmmədzadə ilə qarşılaşacaq.

 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında