İdman

UEFA-dan "Araz" üçün xüsusi reys
İslandiyada baş verən vulkan püskürməsi nəticəsində hava nəqliyyatında ortaya çıxan problemlərlə əlaqədar futzal üzrə UEFA kubokunun "Dördlər finalı"nda iştirak edəcək "Araz"ın Portuqaliyanın Lissabon şəhərinə yola düşməsində çətinliklər var. Bununla əlaqədar AFFA ilə UEFA arasında aparılan danışıqlar nəticəsində UEFA tərəfindən "Araz"ın Lissabona yola düşməsi üçün xüsusi təyyarə reysi ayrılıb və təmsilçimiz Lissabona gedib.
Qeyd edək ki, Azərbaycan çempionu "Araz" futzal klubu aprelin 25-də Lissabonda keçirilən UEFA kuboku turnirinin final mərhələsində üçüncü yer uğrunda görüşdə İtaliyanın "Luparense" komandasına qalib gələrək üçüncü yeri tutmuşdur. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatmışdır. Penalti seriyasında daha dəqiq olan Azərbaycan futzalçıları 5:4 hesabı ilə qalib gəlmişlər.

{nl}

Yoldaşlıq oyunlarının vaxtı müəyyənləşib
Azərbaycan milli komandasının may və iyun aylarında Avstriyada keçirəcəyi yoldaşlıq oyunlarının başlanma vaxtı və stadionlar müəyyənləşib.
Komandamız mayın 26-da Moldovanın, mayın 29-da Makedoniyanın və iyunun 2-də Hondurasın yığması ilə qüvvəsini sınayacaq. Oyunlar Bakı vaxtı ilə saat 21.30-da başlayacaq.

{nl}

Millimiz qələbə qazanıb
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Soçidə təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib. "Soçi" klubu ilə qarşılaşan millimiz 15:3 hesabı ilə qalib gəlib. Elşad Quliyevin 4 qol vurduğu, Hikmət Bağırovun het-trik, Müslüm Hüseynov və Renat Sultanovun dubl etdiyi oyunda Elvin Quliyev, İlqar Abdullayev, Namiq İsgəndərov və İlham Əzizzadə hərəyə bir dəfə fərqlənib.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında