Sumqayıtlı karateçi yenə də çempion oldu

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən karate üzrə Premyer Liqa seriya yarışı başa çatıb.

Beşqat dünya və onqat Avropa çempionu olan Rafael Ağayev  yenicə başa çatan yarışda da çempion olub. 75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda macarıstanlı Qabor Harşpatakini 5:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Rafael Ağayev ötən ay Fransanın paytaxtı Parisdə keçirilmiş ilin ilk Premyer Liqa yarışında da finala kimi irəliləmiş, lakin həlledici görüşün son saniyəsində aldığı zərbə ilə yaponiyalı Ken Nishimuraya 1:2 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənmişdi.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında