Azərbaycan-İspaniya görüşü turnirin bəzəyinə çevrilə bilər

Futzal həvəskarlarımız çox maraqlı bir turnir ərəfəsindədirlər. Bakı İdman Sarayında keçiriləcək Avropa çempionatının əsas seçmə mərhələsinin startına dörd gün qalır. İndi Azərbaycanın futzal ustaları və onların qonağı olacaq İspaniya, Fransa, Qazaxıstan komandaları bu məsul yarışa son hazırlıq görürlər.
Yığmamız turnirə fevralın 24-də saat 21-də qazaxıstanlı rəqiblərinə qarşı görüşlə başlayacaq, ertəsi gün fransızları sınağa çəkəcəkdir. Avropa çempionu İspaniya komandası ilə oyun isə fevralın 27-nə təyin edilmişdir. Hər iki rəqib yarışı birinci yerdə başa vurmaq əzmində olduğundan bu görüş turnirin bəzəyinə çevrilə bilər.
Yeri gəlmişkən, ispanların baş məşqçisi Xose Venansio Lopes də öz ölkəsinin Futbol Federasiyasının saytına müsahibəsində Azərbaycanla görüşün əhəmiyyətini yüksək qiymətləndirmiş və komandamız haqqında xoş sözlər söyləmişdir: "Biz bilirik ki, Azərbaycana qarşı oyunumuz daha çətin olacaq. Bu komanda son illərdə püxtələşib möhkəmlənmişdir. Üstəlik də, oyunlar onun meydanında keçiriləcəkdir. Məncə, Fransa ilə görüşdə asanlıqla qalib gələcəyik. Qazaxıstanla oyun isə bir qədər çətin olacaq. Ancaq biz onu da udmaq fikrindəyik, çünki Azərbaycanla görüşdən sonra qrupda birinci yeri özümüzə təmin etmək istəyirik".
Artıq oyunların hakimləri də məlumdur. Görüşləri Sloveniya, Ukrayna, Rusiya və Çexiyadan olan hakimlər idarə edəcəklər. Turnirin hakim-inspektoru italiyalı Andrea Lastruççi olacaq, UEFA nümayəndəsi funksiyalarını isə Zoran Dimiç (Serbiya) yerinə yetirəcəkdir.
Seçmə yarışları cəmi altı qrupda keçiriləcəkdir. Türkiyə komandasının Ukrayna, Macarıstan və Belçika yığmaları ilə birlikdə 5-ci qrupda yarışacağını da qeyd edək. Bu rəqiblər öz üstünlüklərini Xarkovun "Lokomotiv" stadionunda sübuta yetirməyə çalışacaqlar. Qrupların qalibləri və daha yaxşı nəticə ilə ikinci yerləri tutan beş komanda 2012-ci ildə Xorvatiyanın Zaqreb və Split şəhərlərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Həlledici mərhələdə onlara təşkilatçı ölkənin komandası da qoşulacaq.

{nl}


Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında