İdman xəbərləri. Dünya çempionatına vəsiqə və 10 min avro

Qrossmeyster Şəhriyar Məmmədyarov Moskvada ənənəvi "Aeroflot Open" beynəlxalq şahmat festivalı çərçivəsində keçirilmiş blits üzrə dünya çempionatının seçmə turnirində 188 iştirakçı arasında ən yaxşı nəticə göstərmişdir. Azərbaycan şahmatının lideri doqquz raunddan ibarət yarışda (hər turda rəqiblər bir-birinə qarşı iki görüş oynamışlar) 18 mümkün xaldan 14,5 xal toplayaraq birinci yeri tutmuş və dünya çempionatına vəsiqə qazanmışdır.
Turnirin mükafat fondu 35 min avro idi. Təşkilatçılar qalib üçün 10 min avro nəzərdə tutmuşdular. Məmmədyarovun sürətli oyunda tayı-bərabəri olmamışdır. O, doqquz rəqibindən yeddisi üzərində qələbə qazanmış, iki şahmatçı ilə görüşlərini heç-heçə başa çatdırmış və yarışın şəriksiz qalibi olmuşdur. İkinci nəticə göstərən ukraynalı Ruslan Ponomaryov Şəhriyardan yarım xal geri qalmışdır.
Dünya çempionatının seçmə turnirində mübarizə aparmış digər həmyerlilərimizə gəldikdə, Rauf Məmmədov (12,5 xal) 9-cu, Vasif Durarbəyli (11,5) 27-ci, Nicat Məmmədov (11) 35-ci, Ülvi Bacarani (8,5) 112-ci, Gülnar Məmmədova (7,5) 138-ci yerləri tutmuşlar.

{nl}


Ayrılmaz üçlük
Azərbaycan Superliqasının turnir cədvəlinə başçılıq edən qadın voleybol komandaları bir-birini izləməkdə davam edirlər. Səkkiz turdan sonra cədvəlin ilk üç pilləsində olmuş "Rabitə", "İqtisadçı" və "Azərreyl" doqquzuncu turda çempionluğa doğru daha bir addım atmışlar.
Maraqlıdır ki, liderlərin hər üçü rəqiblərini eyni hesabla (3:0) məğlubiyyətə uğratmışdır. "Rabitə" voleybolçuları "Bakı" komandasına, "İqtisadçı" "Şirvan"a, "Azərreyl" isə "Lokomotiv"ə qalib gəlmişlər.
Doqquz turdan sonra ilk üç yeri tutan "Rabitə", "İqtisadçı" və "Azərreyl"in hərəyə 16 xalı vardır. Gələn həftə voleybol həvəskarlarımız bu komandalardan, eləcə də "Lokomotiv"dən avrokuboklarda qələbə gözləyəcəklər.

{nl}


21-ci tur kimə nə vəd edir?
Unibank Premyer Liqasında öz yerini qorumaq uğrunda çətin mübarizə aparan "Simurq" çempionluğa can atan "Neftçi"yə layiqli müqavimət göstərə biləcəkmi, başı üzərini final mərhələsindən kənarda qalmaq təhlükəsi almış "Bakı" klubu Tovuz səfərindən necə əhval-puhiyyə ilə qayıdacaq, öz qapısından hamıdan çox top buraxan MOİK "İnter"in hücumlarına nə ilə cavab verəcək?
Azarkeşlər bu suallara 21-ci turun bu günə təyin edilmiş "Simurq" - "Neftçi", "Turan" - "Bakı" və MOİK - "İnter" görüşlərində cavab alacaqlar.
Turun sabah keçiriləcək "Muğan" - "Qəbələ", "Gəncə" - "Qarabağ" və "Xəzər-Lənkəran" - AZAL qarşılaşmaları da böyük maraqla gözlənilir. Görək bu tur kimə sevinc gətirəcək, kimi məyus edəcək...

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında