Avropa çempionları Tbilisidə müəyyənləşəcək

Martın 30-dan aprlein 1-dək Tbilisidə qadın şahmatçılar arasında rapid və blits üzrə Avropa çempionatı keçiriləcəkdir. Hələlik 60-a qədər şahmatçı çempionatda çıxış edəcəyini bildirmişdir.

Gürcüstan paytaxtında Azərbaycanı Gülnar Məmmədova, Səbinə İbrahimova və Gövhər Beydullayeva təmsil edəcəklər.

Birinci olaraq rapid turnirinə start veriləcəkdir. Sürətli şahmatın bu növündə qalib və mükafatçılar iki gün ərzində (30-31 mart) müəyyənləşəcək. Aprelin 1-də isə blits turniri keçiriləcəkdir.

Avropa çempionatı iştirak,ılarının təxminən yarısı qrossmeyster olacaq. Qarşıda Azərbaycan şahmatçılarını Valentina Qunina (Rusiya), Bela Kotenaşvili (Gürcüstan), Elizabet Paets (Almaniya), Monika Soçko (Polşa), Pia Kramlinq (İsveç) kimi təcrübəli rəqiblərlə görüşlər gözləyir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında