Səfərdə gurultulu qələbə

UEFA Çempionlar Liqası turnirində qış fasiləsindən sonra rəqiblər yenidən meydana qayıdaraq səkkizdəbir finalda mübarizəni davam etdirməyə başlamışlar.

Bu mərhələnin startında İsveçrənin “Bazel” klubu doğma şəhərdə İngiltərənin “Mançester Siti” komandası ilə heç cür bacarmamış və öz qapısında dörd cavabsız qol görmüşdür. İngilislər səfərdə belə gurultulu qələbədən (4:0) sonra dörddəbir finala “bileti”, demək olar, özlərinə təmin etmişlər. Bazeldə matçın qəhrəmanı isə iki qolun müəllifi İlkay Gündoğan olmuşdur.

Turində “Yuventus” (İtaliya)–“Tottenhem” (İngiltərə) görüşündə də tamaşaçılar dörd qolun şahidi olmuşlar. Lakin bu oyunda rəqiblər meydanı heç-heçə ilə tərk etmişlər–2:2.

Cavab görüşləri martın 7-də London və Mançesterdə keçirləcəkdir.

Bu gün isə turnirdə səkkizdəbir finalın daha iki görüşü oynanılacaq: “Real” (Madrid, İspaniya)–PSJ (Fransa), “Portu” (Portuqaliya)–“Liverpul” (İngiltərə).

 

 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında