"Roma" "Şaxtyor"la bacarmadı

Hələ keçmiş SSRİ çempionatları və ölkə kuboku yarışlarında fədakar oyunu, möhkəm iradəsi və yenilməz qələbə əzmi ilə məşhurlaşan Donetskin "Şaxtyor" komandası indi avrokuboklarda da diqqət mərkəzindədir. Çempionlar Liqası kimi mötəbər yarışın səkkizdəbir finalına qədər irəliləyən Ukrayna futbolçuları artıq dörddəbir finala da çox yaxındırlar.
"Şaxtyor" səkkizdəbir finalın ilk görüşündə rəqib meydanında oynamasına baxmayaraq, Romada eyniadlı yerli klubla mübarizədən qalib ayrılmışdır. İtalyanlar üzərində 3:2 hesabı ilə qələbə martın 8-də öz azarkeşləri qarşısında keçirəcəyi cavab görüşündən sonra iki oyunun yekununda növbəti mərhələyə vəsiqə qazanmaq üçün Donetsk klubuna əla zəmin yaratmışdır.
Bu görüşlə eyni vaxtda keçirilmiş "Arsenal" - "Barselona" qarşılaşmasında isə qələbəni ingilislər bayram etmişlər - 2:1. İspanların Londondakı kiçik fərqlə məğlubiyyətin əvəzini Barselonada artıqlaması ilə çıxa bilib-bilməyəcəkləri martın 8-də məlum olacaq.

{nl}


Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında