İdman xəbərləri. Mükafatçıların yarım addımlığında

Qrossmeyster Rauf Məmmədov Moskvada başa çatmış ənənəvi "Aeroflot Open" turnirində bir dəfə belə uduzmasa da (3 qələbə, 6 heç-heçə) mükafatçılar üçlüyündən kənarda qalmışdır. Finişdə vyetnamlı Le Quanq Lyömlə heç-heçə oynayan şahmatçımız 9 mümkün xaldan 6 xal toplamışdır.
Daha altı iştirakçı Məmmədovla eyni nəticə göstərmişdir. Turnirin qalibi adını isə 6,5 xalla Vyetnam təmsilçisi qazanmışdır. İkinci-üçüncü yerləri tutan rusiyalılar Nikita Vityuqov və Yevgeni Tomaşevski də bir o qədər xal toplamışlar. Lakin onlar əlavə göstəricilərə görə Lyömdən geri qalmışlar.
Bu turnirdə çıxış etmiş digər Azərbaycan şahmatçısı Nicat Məmmədov 86 rəqib arasında 66-cı olmuşdur - 3,5 xal.

{nl}


Xəzər kubokuna aparan yolda
İranın Rəşt şəhərində keçirilən 9-cu Xəzər kuboku yarışlarının "A" turnirində üç turdan sonra Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni Vüqar Rəsulov, Fərid Abbasov və Orxan Abdulov göstərmişlər. Onlar hərəyə 2,5 xal toplamışlar.
Qadınların mübarizə apardıqları "D" turnirində isə dörd təmsizçimiz start turlarında itkisiz irəliləmişdir. Ülviyyə Fətəliyeva, Nərmin Kazımova, Turan Əsgərova və Xəyalə Abdulla ardıcıl üç qələbə qazanmışlar. Onlar kimi, daha dörd iştirakçının 3 xalı vardır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında