Çempionat "istirahətdən" qayıdır

Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümünün qış fasiləsi başa çatmışdır. Ölkənin ən yaxşı səkkiz komandası yeni qüvvə ilə çempionatın ikinci yarısında mübarizəni davam etdirməyə hazırdır.

Dörd dövrədən ibarət turnirin üçüncü dövrəsinə sabah “Zirə”–“Sumqayıt” və “Qarabağ”–“Qəbələ” görüşləri ilə start veriləcəkdir.

On beşinci turun digər iki oyunu fevralın 11-nə təyin edilmişdir. Bu görüşlərdə “Neftçi” futbolçuları “Kəpəz”i qəbul edəcəklər, “Keşlə” isə “Səbail” ilə qarşılaşacaq.

Çempionatın birinci yarısından sonra turnir cədvəlinə inamla başçılıq edən Ağdam klubunun 37 xalı vardır. İkinci–üçüncü yerləri müvafiq surətdə 31 və 30 xala malik “Qəbələ” və “Zirə” tuturlar.

Qalan yerlər bu ardıcıllıqla bölüşdürülür: “Sumqayıt” (20 xal), “Neftçi” (16), “Səbail” (13), “Keşlə” (8), “Kəpəz” (7).

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında