Noriaki Kasainin 8-ci Olimpiadası

Belarus Teleqraf Agentliyinin (BELTA) fevralın 8-də, Koreya Respublikasının Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimi ərəfəsində yaydığı xəbərə görə, Yaponiya idmançısı, xizəklərlə tramplindən tullanan Noriaki Kasai 8-ci dəfə Qış Olimpiadasında starta çıxır. Rəsmən elan olunmuşdur ki, o, səkkiz Qış Olimpiya Oyunlarında iştirak edən ilk idmançıdır.

Agentlik qeyd edir ki, 45 yaşlı N.Kasai indiyədək bu göstərici üzrə liderliyi rusiyalı kirşəsürən Albert Demçenko ilə bölüşürdü. Onların hərəsi yeddi qış Olimpiadasının iştirakçısı olmuşdu, lakin A.Demçenko artıq çıxışlarını başa vurmuş və Rusiya yığma komandasının baş məşqçisidir.

N.Kasai Olimpiya Oyunlarında ilk dəfə 1992-ci ildə çıxış edib, mükafatlar kolleksiyasında 2 gümüş və 1 bürünc medal var. Onun nailiyyəti Ginnesin rekordlar kitabına düşüb.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında