Koreya Respublikasındakı Olimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib

Koreya Respublikasının Pxençan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarının Olimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

Mərasimdə Azərbaycan yığmasının şef-demissionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin nümayəndəsi Həsənağa Rzayev və digər şəxslər iştirak ediblər.

Fevralın 9-da keçiriləcək Olimpiadanın açılış mərasimində bayraqdar funksiyasını Azərbaycanın təmsilçisi Patrik Braxner yerinə yetirəcək. O, slalom və böyük slalom yarışlarında mübarizə aparacaq. Atlet “Pxençan-2018”ə lisenziyanı müxtəlif yarışlarda topladığı xallar sayəsində qazanıb.

Koreya Respublikasında Qış Olimpiya Oyunları fevralın 25-də başa çatacaq.

Xatırladaq ki, ölkəmiz 1998-ci ildən bəri Qış olimpiadalarında təmsil olunur.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında