Mazandaran turnirində

İran İslam Respublikasının Mazandaran vilayətində keçirilən beynəlxalq şahmat turnirinin mükafatları uğrunda 14 ölkədən 81 rəqib, o cümlədən 20 qrossmesyter mübarizə aparır.

Yarışda çıxış edən İran, Rusiya, Ukrayna, Gürcüstan, Hindistan, İspaniya, Belarus, Danimarka, Avstraliya və daha bir neçə ölkənin təmsilçiləri arasında Azərbaycan şahmatçısı Azər Mirzəyev də vardır. Qrossmeysterimiz reytinqə görə 2500 əmsalla iştirakçıların siyahısında 12-cidir. Yarışın ən yüksək reytinqli iştirakçısı isə ukraynalı Yuri Kuzubovdur (2695).

İsveçrə sistemi üzrə keçirilib doqquz turdan ibarət olan turnirin qalib və mükafatçıları fevralın 10-da müəyyənləşəcək.

A.Mirzəyev ilk üç turda İran şahmatçıları ilə görüşmüş və 2 xal toplamışdır (iki qələbə, bir məğlubiyyət).

 

 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında