İdman xəbərləri. Superliqada növbəti görüşlər

Boksçular Bolqarıstana, taekvondoçular İrana
Qarşıdakı məsul yarışlara, o cümlədən sentyabrda Bakıda keçiriləcək London Olimpiadası - 2012-yə lisenziya xarakterli dünya çempionatına hazırlığı davam etdirən Azərbaycan boksçularının yığma komandası Bolqarıstana səfərə çıxmışdır. Rinq ustalarımız bu gün həmin ölkədə başlanacaq beynəlxalq turnirin mükafatları uğrunda mübarizə aparacaqlar.
Yığmamızın baş məşqçisi, rusiyalı mütəxəssis Yevgeni Kotov turnirdə Elnur Əliyev (56 kq), Elvin İsayev (60 kq), Şaban Şahpələngov (62 kq), Emil Məhərrəmov (69 kq) və daha bir neçə yetirməsinin hazırlıq səviyyəsini yoxlayacaqdır.
Azərbaycan taekvondoçuları isə İrana səfərə hazırlaşırlar. Onlar fevralın 24-25-nə təyin edilmiş "Fəcr" turnirində yarışacaqlar. Turnirdə ölkəmizi İlkin Şahbazov (68 kq), Rəşad Əhmədov (80 kq), Təvəkkül Bayramov (87 kq) və başqaları təmsil edəcəklər.

{nl}


Rauf Məmmədovun üçüncü qələbəsi
Azərbaycan şahmatçısı Rauf Məmmədov Moskvada keçirilən "Aeroflot Open" beynəlxalq turnirində üçüncü qələbəsini qazanmışdır. Yeddinci tura təsadüf edən bu müvəffəqiyyət rusiyalı İvan Bukavişinlə görüşdə qeydə alınmışdır. Finişə iki tur qalmış qrossmeysterimizin 5 xalı vardır (3 qələbə və 4 heç-heçə).
Rauf kimi, daha altı iştirakçı 5 xal toplamışdır. Onlar 6 xalla turnir cədvəlinə başçılıq edən "Aeroflot Open"in ötənilki qalibi vyetnamlı Le Quanq Lyömdən bir xal geri qalırlar.
Dünən keçirilən səkkizinci turda Məmmədovu çinli Yanqvi Yu ilə görüş gözləyirdi. Xatırladaq ki, turnirin qalibi 20 min avro və iyulda Dortmundda (Almaniya) keçiriləcək superturnirə vəsiqə qazanacaq.

{nl}


Xəzər kuboku uğrunda
Dünən İranın Rəşt şəhərində 9-cu Xəzər kuboku beynəlxalq şahmat yarışlarına start verilmişdir. Görüşlər altı qrupda keçirilir. Ən güclü - "A" turnirində qələbə uğrunda 101 iştirakçı, o cümlədən 37 qrossmeyster mübarizə aparır. Turnir İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir.
Yarışda Azərbaycanın bir qrup şahmatçısı da çıxış edir. Bunlar Azər Mirzəyev, Rəsul İbrahimov, Fərid Abbasov, Sərxan Quliyev, Vüqar Rəsulov, Anar Allahverdiyev və başqalarıdır.
Bundan əlavə, chess-results.com saytında qadınların yarışdıqları "D" turnirində 95 rəqibin çıxış etdiyi bildirilir. Bu turnirin iştirakçılarının siyahısında Zeynəb Məmmədyarova, Nərmin Kazımova, Nərgiz Umudova, Xəyalə Abdulla, Xəyalə İsgəndərova və daha bir neçə həmyerlimizin adları vardır.
Azərbaycan şahmat məktəbinin yetirmələri digər qruplarda da təmsil olunmuşlar. Xəzər kubokunun qalib və mükafatçıları fevralın 22-də məlum olacaq.

{nl}


Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında