Bakıda gənclər arasında boks üzrə dünya çempionatının təntənəli açılış mərasimi

Aprelin 25-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində gənclər arasında boks üzrə dünya çempionatının təntənəli açılış mərasimi olmuşdur.
Əvvəlcə Azərbaycanın dövlət himni səslənmişdir.
Gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, bu gün Azərbaycanın idman həyatında daha bir əlamətdar hadisənin - gənclər arasında boks üzrə dünya çempionatının açılışının şahidi oluruq. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, idmanda da böyük nailiyyətlər qazanmışdır. Bu, ilk növbədə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinin nəticəsidir.
Beynəlxalq Həvəskar Boks Federasiyasının (AIBA) prezidenti Çinq Kou Vu çempionatın yüksək səviyyədə təşkil olunduğu üçün Azərbaycan Boks Federasiyasının rəhbərliyinə öz təşəkkürünü bildirmiş, gənc boksçulara idman uğurları arzulamış və layiq olanların yüksək pilləyə qalxacağına əminliyini vurğulamışdır.
Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov demişdir ki, Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya edir. Ölkəmiz dünya idmanının inkişafına da öz töhfələrini verməkdədir. Müxtəlif beynəlxalq idman yarışlarının, qitə və dünya çempionatlarının ölkəmizdə keçirilməsi artıq ənənəyə çevrilmişdir. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda, o cümlədən Olimpiya oyunlarında uğurla çıxış etmişlər. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bu siyasət Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Sonra K.Heydərov yarış iştirakçılarına uğurlar arzulayaraq çempionatı açıq elan etmişdir.
Mərasim incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında