İstanbuldan 8 medalla

İstanbuldan 8 medalla
Azərbaycan güləşçiləri İstanbulda Yaşar Doğunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ölkəmizin idman ictimaiyyətini 8 medalla sevindirmişlər. Xüsusilə fərəhlidir ki, xalça ustalarımızdan dördü çıxışlarını fəxri kürsünün ən yüksək pilləsində başa vurmuşdur.
Sərbəst üsulla güləşən kişilərin turnirində Xetaq Qazyumov (96 kq) və Zəlimxan Hüseynov (66 kq) bütün rəqiblərini məğlubiyyətə uğradaraq qızıl mükafatlara sahib olmuşlar. Toğrul Əsgərov (60 kq) və Novruz Temrezov (84 kq) üçüncü yeri tutmuşlar.
Qadın güləşçilər də onlardan geri qalmamışlar. Mariya Stadnik (48 kq) və Nadejda Sementsova (67 kq) evə qızıl medallarla qayıtmışlar. Olesya Zamula (63 kq) ikinci mükafat qazanmış, Yuliya Radkeviçə (59 kq) bürünc medal təqdim olunmuşdur.

{nl}


Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında